Ölkə 09:59 10.09.2021

Azərbaycanda 19 yaşlı qadın üçəm dünyaya gətirdi

Quba Regional Perinatal Mərkəzində üçəm doğulub.

Qaynarinfo-nun məlumatına görə, Şabran şəhər sakini 19 yaşlı Qızılgül Zabitlinin dünyaya gətirdiyi körpələrdən ikisi qız (2 və 2,2 kq), biri isə oğlan (1,4 kq) uşağıdır.

Həkimlər hazırda uşaqların sərbəst nəfəs aldıqlarını, çəkilərinin artdığını və laborator göstəricilərinin yaxşı olduğunu bildirib: "Onların yaxın günlərdə evə buraxılması nəzərdə tutulub".