Ekonomiks 17:42 20.02.2024

Azərbaycanda məşhur bazar fantastik qiymətə satışa çıxarıldı (FOTO)

Azərbaycanda məşhur ticarət mərkəzi satışa çıxarılıb.

İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, söhbət Sumqayıt şəhərində yerləşən Səfərli Ticarət Mərkəzindən gedir.

Sahibkar Həsən Səfərli ticarət mərkəzini satmasının səbəbini açıqlamayıb.

Şəhərin 20 yanvar küçəsi, məşhur Karvan Ticarət Mərkəzinin yanında yerləşən "Səfərli bazarı" nə az, nə çox - düz 5 milyon manata təklif olunur.