Texnologiya 18:34 05.11.2022

Azərbaycanda “TikTok”a qoyulmuş məhdudiyyət aradan götürüldü

Bu gün saat 18:00-dan etibarən Azərbaycan ərazisində "TikTok” sosial şəbəkəsinin fəaliyyətinə tətbiq edilmiş müvəqqəti məhdudiyyət aradan qaldırılıb.

Qaynarinfo xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti məlumat yayıb.

"Elektron Təhlükəsizlik Xidməti vətəndaşları sosial şəbəkələrdə paylaşım edərkən Azərbaycan Respublikasının qanunvericiliyinin tələblərinə və sosial şəbəkə inzibatçılarının müəyyən etdiyi qayda və şərtlərə riayət etməyə çağırır”, - deyə məlumatda bildirilir.