Ölkə 11:18 24.06.2022

Azərbaycanın amfibiya təyyarəsi Türkiyədə yanğınlarla mübarizəyə başladı (FOTO/VİDEO)

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq, Türkiyə Respublikasındakı meşə yanğınlarının daha geniş miqyas almasına imkan verilməməsi və söndürülməsinə köməklik məqsədilə Azərbaycan Fövqəladə Hallar Nazirliyinə məxsus "BE-200ÇS” amfibiya tipli təyyarə qardaş ölkəyə göndərilib.

FHN-dən Qaynarinfo-ya verilən xəbərə görə, bu gündən etibarən təyyarə Türkiyənin Muğla bölgəsində yanğınlarla mübarizə tədbirlərinə başlayıb.