Sənət 19:15 26.10.2022

Azərbaycanın ilk tarixi serialı çəkilir - Şəmsəddin Eldəniz

Azərbaycanda ilk dəfə çoxseriyalı tarixi bədii televiziya filmi çəkiləcək.

"Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin İctimaiyyətlə əlaqələr və sosial media şöbəsindən Qaynarinfo-ya verilən məlumata görə, AzTV-də yayımlanacaq serial iki mövsümdən ibarət olacaq, ilk mövsüm "Atabəylər: Şəmsəddin Eldəniz” adlanır.

Mədəniyyət Nazirliyinin tərəfdaşlığı ilə çəkiləcək serialın ilk mövsümünün 24 seriyadan ibarət olması nəzərdə tutulub.