Xəbər lenti

Azərbaycanın məşhur şirkətinə qarşı kütləvi məhkəmə iddiası
Ekonomiks 16:34 30.04.2024

Azərbaycanın məşhur şirkətinə qarşı kütləvi məhkəmə iddiası

AER ticarət nişanı altında dondurma istehsalı ilə məşğul olan "AER Company Qrup" Məhdud Məsuliyyətli Cəmiyyəti məhkəməyə verilib. 

Qaynarinfo-nun məlumatına görə, şirkətin keçmiş işçiləri Abdullayev Həbib Sahir oğlu, Dəmirov Rasim Dilavər oğlu, Abdullayev Əzizağa Sahir oğlu, Hümbətalıyev Rza Yunus oğlu, Novruzov Ülvi İlyas oğlu, Şükürov Azər Əkbər oğlu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fonduna da müraciət ediblər. 

İşlərinə bərpa olunmadıqları üçün sözügedən şəxslər məhkəməyə şikayət veriblər. 

Məhkəmədə maraqlı şəxs qismində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin hər iki qurumu və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin əməkdaşları da iştirak edəcək. 

Sözügedən şəxslər məhkəmədə "Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr" üzrə iddia qaldırıblar. İşə Xətai Rayon Məhkəməsinin hakimi Pərviz Zamanlının sədrliyi ilə baxılacaq.

Qeyd edək ki, nizamnamə kapitalı 576100 AZN, qanuni təmsilçisi Elşən Şərifov Ramazan oğlu olan "AER Company Group" MMC-nin İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə 43659 manat vergi borcu var. 

Əhməd
 

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->