Siyasət 12:03 22.05.2022

Azərbaycanın XİN başçısı Türkiyəyə başsağlığı verdi

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Türkiyədə ağır yol qəzası ilə bağlı başsağlığı verib.

Qaynarinfo xəbər verir ki, başsağlığıda deyilir:

"Qardaş Türkiyədə Adanadan Konya istiqamətində tələbələri daşıyan avtobusun qəza törətməsi xəbəri bizi çox kədərləndirdi. Qəza nəticəsində həyatını itirənlərin ailə üzvlərinə və yaxınlarına başsağlığı bildirir, yaralılara Allahdan şəfa diləyirik".