Xəbər lenti

Azərbaycanla İraq arasında səhiyyə sahəsində memorandum imzalana bilər
Ölkə 23:53 13.06.2023

Azərbaycanla İraq arasında səhiyyə sahəsində memorandum imzalana bilər

Azərbaycanın İraqdakı müvəqqəti işlər vəkili Nasir Məmmədov bu ölkənin səhiyyə naziri doktor Saleh əl-Həsnəvi ilə görüşüb.

Bu barədə APA-ya səfirlikdən məlumat verilib.

Məlumatda bildirilib ki, görüşdə iki ölkə arasında səhiyyə sahəsində əməkdaşlıq perspektivləri müzakirə olunub: "Martın 2-də Bakıda Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə görüşündə İraqın Prezidenti və səhiyyə naziri də iştirak edirdi. Görüşdə Azərbaycanın beynəlxalq aləmdə bu pandemiyanın qarşısının alınmasına göstərdiyi yardım xüsusilə qeyd olundu. Gələcəkdə azərbaycanlı həkimlər tərəfindən İraqda təlim-tədrisin keçirilməsi müzakirə olunub. Eyni zamanda daha sıx əməkdaşlıq üçün iki ölkə arasında hüquqi bazanın gücləndirilməsi istiqamətində fikir mübadiləsi aparılıb. Bu baxımdan Azərbaycan və İraq arasında gələcəkdə səhiyyə sahəsində memorandumun imzalanması nəzərdən keçirilib”.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->