Ölkə 09:48 17.02.2023

Azərbaycanlı bu cihaz vasitəsi ilə dağıntılar altında qalan 14 nəfəri xilas etdi (FOTO)

Azərbaycanlı mütəxəssis Ceyhun Xəlilov Türkiyədə zəlzələ bölgəsində 14 nəfərin bina uçqunundan xilas olmasına kömək edib. 

Həmyerlimiz bunu təkmilləşdirilmiş dağıntılar altını görüntüləyə bilən cihazla edib.

Bu cihaz iki kamera və akustik səs yazısıdan ibarətdir. 

O Türkiyədəki zəlzələni eşidən kimi Kahramanmaraş bölgəsində gedib və burada xilasedicilərə kömək edib. 

Xəlilov bu aparat vasitəsilə dağıntılar altından14 sakinin xilas olduğunu bildirib.

Ceyhun "Türkiyənin taleyi bizim taleyimizdir. Sevinci də bizim sevincimizdir. Çox kədərlənirəm. Əlimizdən nə gəlirsə etməyə hazırıq" deyərək qardaş ölkəyə dəstəyini ifadə edib. 

Ceyhun Xəlilovun bu addımı Türkiyə mətbuatında gündəm olub. Bir çox internet portalları onun barəsində məqalə dərc ediblər. /BAKU.WS