İdman 18:31 25.09.2022

Azərbaycanlı döyüşçü erməni rəqibini məğlub etdi

Azərbaycanlı idmançı Emil Novruzov növbəti döyüşünə çıxıb.

Qaynarinfo xəbər verir ki, həmyerlimiz rinqdə erməni idmançı Martin Cuaryanla üz-üzə gəlib.

Rəqibindən üstün olan Emil Novruzov döyüşü qələbə ilə başa vurub.

Qeyd edək ki, Cuaryan yarışlarda Rusiya bayrağı altında çıxış edir.