İdman 12:00 04.06.2022

Azərbaycanlı hakim İtaliyanın oyununda

Azərbaycanlı FIFA referisi Elçin Məsiyev beynəlxlq oyuna təyinat alıb.

Qaynarinfo AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, o, 21 yaşadək futbolçulardan ibarət milli komandalar arasında Avropa çempionatında seçmə mərhələnin Lüksemburq – İtaliya qarşılaşmasının baş hakimi olacaq.

Ona Elşad Abdullayev və Pərvin Talıbov kömək edəcək. Dördüncü hakim Kamal Umudlu olacaq.

Oyun iyunun 6-da keçiriləcək.
 
Səbuhi Həsənov