Ölkə 11:50 21.07.2022

Azərbaycanlı iştirakçı Çində keçirilən olimpiadada ikinci oldu (FOTO)

İyulun 8-18-də Çində keçirilən Dünya Kimya Olimpiadasında azərbaycanlı iştirakçı Şirinov Nəriman Elşən oğlu gümüş medal qazanıb. Bu, Nərimanın ilk uğuru deyil.
 
Qaynarinfo xəbər verir ki, Nəriman Şirinov son iki ildə 6 beynəlxalq olimpiadaya qatılıb və üç gümüş, üç bürünc medal qazanıb. 

Nəriman həm də dünya universitetləri arasında ilk onluğa daxil olan Sinqapur Milli Universitetində Kimya mühəndisliyinə qəbul olub.