Ölkə 09:29 28.10.2022

Azərbaycanlı milli fəal casusluq ittihamı ilə şərlənir

20 sentyabrda saxlanılan təbrizli milli fəal Əmirmöhsün Bənnayi Kazım oktyabrın 25-də 4 milyard tümən girov qarşılığında müvəqqəti olaraq məhkəməyə qədər sərbəst buraxılıb.

Qaynarinfo xəbər verir ki, Əmirmöhsün Bənnayi Kazım Güney Azərbaycan Televiziyası ilə heç bir əlaqəsinin olmadığı halda ona qarşı "Günaz TV ilə əlaqə və casusluq" kimi saxta ittiham irəli sürülüb.

Güney Azərbaycan Televizyası isə Əmirmöhsün Bənnayi Kazım ilə hər hansı əlaqəsinin olması barədə iddiaların yalan olduğunu bildirir.

Qeyd edək ki, sentyabrın 20-si, yerli vaxtla səhər saat 07.00-da heç bir məhkəmə qərarı olmadan təhlükəsizlik məmurları adıçəkilən fəalın evinə basqın edərək, onu qandallayıb və özləri ilə aparıblar. Əmirhüseyn Bənnayi Kazim bundan öncədə dəfələrlə dinc fəaliyyətlərinə görə təzyiqlərə məruz qalıb və həbs edilib.