Ekonomiks 10:30 28.06.2022

"Azeri Light" markalı neftin qiyməti 122 dolları keçdi

Dünya bazarında "Azeri Light" (CIF) markalı neftin qiyməti artıb.

Qaynarinfo xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 0,75 ABŞ dolları və ya 0,62% artaraq, 122,18 dollar təşkil edib.

Hərraclarda "Brent” markalı neftin avqust fyüçersləri 116,73 ABŞ dollardan satılıb.

Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.