Xəbər lenti

“Azəri Star Mikromaliyyə” növbəti dəfə zərər edib, yığılmış zərəri 700 min manata yaxınlaşıb
Ekonomiks 15:00 06.05.2024

“Azəri Star Mikromaliyyə” növbəti dəfə zərər edib, yığılmış zərəri 700 min manata yaxınlaşıb

"Azəri Star Mikromaliyyə” bank olmayan kredit təşkilatı (BOKT) 2023-cü ili 41,8 min manat xalis zərərlə bitirib. 

Valyuta.az-ın hesablamasına görə, bu, əvvəlki ilə nisbətən 23,2% azdır. Belə ki, BOKT 2022-ci ildə 54,4 min manat xalis zərər açıqlamışdı.

Hesabat dövründə təşkilatın ümumi gəlirləri 2,5 dəfə artaraq 38 min manata, ümumi xərcləri isə 14% artaraq 79,84 min manata bərabər olub.

Ötən il təşkilatın cəmi aktivlərinin həcmi əvvəlki illə müqayisədə 10,8% və ya 27,2 min manat artaraq 278,55 min manat olub. Hesabat dövründə təşkilatın kredit portfeli (254,5 min manat) aktivlərin 91.4%-ni təşkil edib.

Bu dövrdə təşkilatın cəmi öhdəliklərin həcmi 3 dəfə və ya 10.4 min manat artaraq 15,35 min manata bərabər olub.

2024-cü il yanvar ayının 1-nə "Azəri Star Mikromaliyyə”nin cəmi kapitalı 263,2 min manata bərabər olub ki, bu da illik müqayisədə 6.8% çoxdur. Təşkilatın yığılmış zərəri isə 41.8 min manat və ya 6,7% artaraq 665.6 min manata çatıb.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->