Ekonomiks 15:52 25.04.2022

"Azəriqaz”ın növbəti “Açıq mikrofon”u Salyanda qurulacaq

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz” İstehsalat Birliyinin "Açıq mikrofon” aksiyası çərçivəsində "Səyyar qəbul otağ”ı bu dəfə Salyan rayonunda təşkil olunacaq.

Qaynarinfo-nun "Azəriqaz”a istinadən verdiyi məlumata görə, "Azəriqaz" İB-nin rəhbər şəxsləri Salyan şəhəri, M.Ə.Rəsulzadə küçəsi 137 (Mərkəzi Kitabxana) ünvanında baş tutacaq aksiyada sahibkarları maraqlandıran sualları cavablandıracaqlar.

Aprelin 27-si saat 12:00-dan 13:00-a qədər sakinlərin problem və təklifləri fərdi olaraq dinləniləcək. Vətəndaşlar "Açıq mikrofon” aksiyasının imkanlarından maksimum istifadə edərək, öz problem və təkliflərini rahat şəkildə ifadə edə bilərlər.