Siyasət 17:43 03.05.2023

“Bakı NATO ilə əməkdaşlıqda maraqlıdır” - Ekspert

"Bu görüş Azərbaycan-NATO əməkdaşlığının dərinləşməsi istiqamətində yeni imkanlar açır”. 

Bunu Qaynarinfo-ya açıqlamasında konfliktoloq Üzeyir Şəfiyev Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevin Brüsseldə NATO Baş katibinin köməkçisi Devid Katlerlə görüşünü şərh edərkən deyib:

"Azərbaycan NATO əməkdaşlığı kifayət qədər müxtəlif aspektlərdə mövcuddur.Son zamanlar isə bu istiqamətdə hərəkətlilik bir qədər də artıb. NATO-nun Şərq marağı kontekstində qurum nümayəndələrinin Azərbacan rəsmilərilə görüşləri mühüm məna kəsb edir. Bakı bir sıra NATO təlimlərində iştirak edir. Bu baxımdan, Prezidentin köməkçisi Hikmət Hacıyevin Brüsselə səfəri də praktik əhəmiyyət kəsb edir. NATO Azərbaycanın ərazi bütövlüyü məsələsində hər zaman mütərəqqi mövqe sərgiləyib. Bakı sülh naminə və terrorrimzə qarşı mübarizə çərçivəsində də NATO-nun proqramlarında iştirak edirb. Hikmət Hacıyevin NATO Baş katibinin köməkçisilə görüşü də Bakı ilə qurumun müxtəlif proqramlar çərçivəsində əməkdaşlıq müstəvisində həyata keçirdikləri görüşlərdən biridir”. 

Ekspert bildirir ki, belə bir əməkdaşlıq ölkəmizin informasiya sahəsinin inkişafı və təhlükəsizliyinə mühüm töhfələr verir: 

"Azərbaycan bölgənin aparıcı ölkəsidir. Ona  görə də Azərbaycanın beynəlxalq platformalarda iştirakı NATO tərəfindən dəfələrlə təqdir olunub. Bu baxımdan da Azərbaycan-NATO əməkdaşlığının əhəmiyyəti  böyükdür. Səfər çərçivəsində Azərbaycan-NATO əməkdaşlığının daha hansı platformalarda genişlənə biləcəyi məsələsi də müzakirə olunub”. 

Rüfət Sultan