Xəbər lenti

Bakıda avtoyuma məntəqəsindən maşın oğurlandı (FOTO)
Foto 13:27 07.08.2025

Bakıda avtoyuma məntəqəsindən maşın oğurlandı (FOTO)

Bakıda avtoyuma məntəqəsindən avtomobil oğurlanıb.

Qaynarinfo Musavat.com-a istinadən xəbər verir ki, hadisə paytaxtın Nizami rayonu, Rüstəm Rüstəmov küçəsindəki 2528-ci məhəllədə yerləşən avtoyuma məntəqəsində qeydə alınıb.

Bildirilib ki, sahibi "Hyundai" markalı avtomobilini yuyulması üçün məntəqə işçisinə təhvil verib. Bir neçə saat sonra avtomobili məntəqədən götürmək istədikdə, avtomobilin qaçırıldığı məlum olub. Məntəqə işçisi avtomobili yuduqdan sonra məntəqənin yanında saxladığını deyib. Araşdırmalar nəticəsində məlum olub ki, nəqliyyat vasitəsi oğurlanıb.

Avtomobilin oğurlanması ilə bağlı Nizami rayon Polis İdarəsinə məlum verilib. Hazırda hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır. Polis hadisənin təfərrüatları və şübhəli şəxslərin kimliyi müəyyənləşdirilməyə çalışılır.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->