Ölkə 09:47 02.12.2022

Bakıda əcnəbi biznesmen işlətdiyi restoranda öldü

Bakıda əcnəbi vətəndaş restoranda ölüb.

Qaynarinfo lent.az-a istinadən xəbər verir ki, hadisə Nəsimi rayonu H.Aslanov küçəsində yerləşən "Rahat restaurant" yeməkxanasında qeydə alınıb.

Buranın sahibi Pakistan vətəndaşı olan 55 yaşlı Hussain Rahat qəfil ürəktutmasından ölüb.

İlkin araşdırma zamanı H.Rahatın ürək ağrılarından əziyyət çəkdiyi və yeməkxanada bacısı oğlu Saad Hussainin yanında ölməsi müəyyən edilib.

Faktla bağlı araşdırma aparılır.