Ölkə 13:41 01.02.2024

Bakıda hərbçilər qəzaya düşdü, yaralı var (VİDEO)

Bakının Suraxanı rayonunda hərbçilərin olduğu minik avtomobili qəzaya düşüb.

Qaynarinfo xəbər verir ki, bu barədə Baku.ws məlumat yayıb.

Bildirilib ki, hadisə Yeni Suraxanı qəsəbəsində qeydə alınıb. Qəza zamanı "Chevrolet” markalı maşın işıq dirəyinə çırpılıb. Nəticədə biri ağır olmaqla iki nəfər xəsarət alıb.

Hadisə yerindən görüntüləri təqdim edirik: