Xəbər lenti

Bakıda məşhur hoteldə nə baş verib? - TƏFƏRRÜATLAR/VİDEO
Ölkə 22:19 07.05.2024

Bakıda məşhur hoteldə nə baş verib? - TƏFƏRRÜATLAR/VİDEO

Bakıda 4 dostun əyləncəsi faciə ilə bitib. Səbail rayonunda yerləşən məşhur hotellərin birində dəhşətli hadisə baş verib.

Qaradağ rayonu Lökbatan qəsəbəsində yaşayan 26 yaşlı Kənan Mustafayev, 31 yaşlı Orxan Əmirov, 33 yaşlı təvəllüdlü Nicat Cabbarlı və 26 yaşlı Xəzər Cabbarlı ötən gecə istirahət məqsədilə hotelə gəliblər.

Onlar hotelin restoranında özləri ilə gətirdikləri viskini içiblər, bir qədər sonra isə dostlar özlərini pis hiss etməyə başlayıblar və vəziyyətləri ağırlaşıb.

TƏBİB-dən bildirilib ki, hadisə yerinə təcili tibbi yardım briqadası cəlb olunub. Həkimlər gələnə kimi Kənan və Orxanın vəfat etdikləri məlum olub. Nicat və Xəzər isə koma halında xəstəxanaya çatdırılıblar.

Qida Təhlükəsizliyi Agentliyindən isə "Xəzər Xəbər”in sorğusuna cavab olaraq bildirilib ki, hadisə araşdırılıb və qida zəhərlənməsi ilə heç bir əlaqəsinin olmadığı məlum olub.

Həmçinin, Kliniki Tibbi Mərkəzin Toksikologiya Şöbəsindən Agentliyə verilən tibbi sənədə əsasən, həmin şəxslərin səhhətində yaranan problemin qida zəhərlənməsi ilə bağlı olmadığı öz təsdiqini tapıb.

Baş Prokurorluq da hadisə ilə bağlı məlumat yayıb.

Faktla bağlı araşdırma aparılır.

Daha ətraflı videomaterialı təqdim edirik:
 

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->