Ölkə 18:53 30.11.2022

Bakıda oğlan klubda tanış olduğu qızın evindən oğurluq etdi

Bakıda sevgilisinin evindən oğurluq edən şəxsə 3 il həbs cəzası verilib. 

Qaynarinfo-nun məlumatına görə, Anar adlı şəxs Bakı şəhəri, Səbail rayonu ərazisində yerləşən "SİMPATY” adlanan klubda tanış olduğu Lamiyə adlı qızın evindən oğurluq edib. 

Belə ki, onlar "SİMPATY” adlanan klubda tanış olublar. Bir müddət sonra Lamiyə Anarla gələcəkdə ailə quracağına inanaraq, sonuncu ilə qeyri-rəsmi ailə münasibətində olub.
 


Sonuncu dəfə onlar "SİMPATY” klubda əyləndikdən sonra həmin dövrdə Lamiyənin kirayə yaşadığı evə gediblər. Həmin gün Anar Lamiyənin evindən 3400 ABŞ dolları və 1600 manat məbləğində pul oğurlayıb. 

Hadisədən sonra Lamiyə DİN-nin 102 xidmətinə zəng edərək, evindən oğurluq oluğunu deyib. Polsiin araşdırmalarından sonra pulu Anarın götürdüyü məlum olub.

Anar oğurladığı pulların bir qismini xərcləyib, bir qismini - 700 ABŞ dolları və 500 manatı isə polis əməkdaşlarına təhvil verib. 

Məhkəmənin hökmü ilə təqsirləndilən şəxs 3 il azadlıqdan məhrum edilib. 

Əhməd