Ölkə 10:30 17.04.2023

Bakıda Pakistan vətəndaşları öz həmyerlilərini oğurlayaraq 20 min dollar tələb etdi

Bakıda Pakistan vətəndaşları öz həmyerlilərini oğurlayaraq 20 min ABŞ dolları tələb edib.

"Report" xəbər verir ki, bu barədə Pakistan vətəndaşları 2003-cü il təvəllüdlü Khushnam Ali və 1985-ci il təvəllüdlü Shahzad Alı polisə müraciət ediblər.

Bildiriblər ki, aprelin 13-də Azərbaycana turist qismində gəldikləri zaman həmyerliləri 1996-cı il təvəllüdlü Mukhtar Mohsin,1988-ci il təvəllüdlü Abbas Muhammad və 1996-cı il təvəllüdlü Muzammil Muhammad onları H.Əliyev adına Beynəlxalq Hava Limanında qarşılayıb onlara taksi fəaliyyəti göstərəcəkləri adı ilə Bakı sakininə məxsus kirayədə yaşadıqları mənzilə gətirərək əl-qollarını kəndirlə bağlayıb döyüblər, o cümlədən kəsici alətlə hədə-qorxu gələrək üzərlərində olan 1500 ABŞ dollar və 400 Avro pulunu ələ keçiriblər.

Bundan başqa, azad edilmələri müqabilində onlardan əlavə olaraq 20 000 ABŞ dollar pulun verilməsini hədə-qorxu ilə tələb ediblər.

Faktla bağlı Azərbaycan Cinayət Məcəlləsinin 8 maddəsi (adam oğurluğu, quldurluq, hədə qorxu ilə pul tələb etmə və s.) ilə cinayət işi başlanıb.