 
        Sabah Bakının Xəzər rayonunun bəzi ərazilərində qaz olmayacaq.
Bu barədə Qaynarinfo-ya "Azəriqaz" İstehsalat Birliyindən məlumat verilib.
	
Bildirilib ki, rayonun Binə qəsəbəsində qaz xəttinin torpaq səthindən hündürlüyə qaldırılması məqsədilə 09.10.2024-cü il saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq.
	
Qaz təchizatı dayandırılan müddətdə Binə Sovxoz yaşayış ərazisinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
 
                                        
                                         
                                        
                                        
Şərhlər