İdman 09:00 28.06.2022

Balıq, kor, siçan... - Qəribə adlı futbolçular

Qəribə adlara gülmək nə ağıllı, nə də təsiredicidir. Amma onları eşidəndə istər-istəməz dodaqların "qaçır". Belə adlara futbol dünyasında da rast gəlmək olar. Hansı ki, o adları dəfələrlə eşitmisiniz və məşhurdurlar. 

Qaynarinfo ingilis dilindən tərcümə zamanı gülməli çıxan bəzi futbolçu adlarını təqdim edir:

Daniel Drinkuoter ("Drinkwater" - "Su içən" və ya "Suyu iç" və s.)
 


"Haddersfayld Taun", "Kardiff Siti", "Uotford", "Barnsli" və "Lester" kimi klublarda oynayan "Danni" ləqəbli Daniel Drinkwater 2017-ci ildə "Çelsi"yə qatılsa da klubda işlər plana uyğun getmədi. Drinkuoterin "Çelsi"yə keçidi Premyer Liqa tarixindəki ən pis transferlərdən biri kimi təsvir edilmişdir.

Daley Blind ("Blind" - Kor)
 


"Mançester Yunayted”də 4 mövsüm (2014-2018) keçirən Blind, futbolçu karyerasına başladığı Niderland təmsilçisi "Ayaks”a qayıdıb.

Mark Fiş ("Fish" - Balıq)
 


Cənubi Afrikalı "Bolton" və "Orlando Pirates" də daxil olmaqla müxtəlif klublarda müdafiəçi kimi çıxış edib.

Yaya Banana ("Banana" - Banan)
 


AFCON 2019-da da çıxış edən Kamerunlu müdafiəçi Hindistanda "Benqaluru" klubunda oynayır.

Deklan Rays ("Rice" - düyü)
 


"Vest Hem"in ulduzu, hazırda Premyer Liqada ən çox axtarılan yarımmüdafiəçilərdən biridir.

Razvan Rat ("Rat" - siçan)
 


Rumıniyalı futbolçu Ukrayna təmsilçisi Donetsk "Şaxtyor"unda, İspaniya təmsilçisi "Rayo Valyekano", İngiltərədə "Vest Hem" və bir neçə klubun formasını geyinib.

Mosquito ("Mosquito" - Ağcaqanad)
 


Əsl adı Tyaqo Rodriges da Silva olan futbolçu bir çox braziliyalı kimi, o da xalq arasında "Mosquito" ləqəbi ilə tanınır. O, bu ildən Tayland Klubu "Lampanq"da oynayır.

Səbuhi Həsənov