Xəbər lenti

Baş nazir medianı cərimələtdirib, yarım milyon avroluq ev alıb
Dünya 18:34 10.01.2024

Baş nazir medianı cərimələtdirib, yarım milyon avroluq ev alıb

Slovakiyanın baş naziri Robert Fiko Bratislavadakı elit yaşayış kompleksində 509 min avroya mənzil almaq üçün vəsaitin mənşəyini izah edib. 

Qaynarinfo xəbər verir ki, bu barədə "RİA Novosti" məlumat yayıb.

"Bu heç kimə sirr deyil, mən Bratislavada mənzil almışam. Bu, 32 mənzilli binada 3 otaqlı evdir", deyə Fiko respublika hökumətinin iclasından sonra keçirilən mətbuat konfransında bildirib.

Baş nazirin sözlərinə görə, mənzilin dəyərinin təxminən yarısı mediadan məhkəmədə aldığı kompensasiya hesabına ödənilib.

"Media mənim haqqımda yaydıqları yalan məlumatlara görə 250.000 avro təzminat ödəyib", deyə Fiko izah edib.

Baş nazir onun tərəfindən heç bir qanun pozuntusunun olmadığını vurğulayıb.

Qeyd edək ki, izahata səbəb Slovakiya mətbuatında baş nazirin rəsmi gəlirinin belə daşınmaz əmlak almaq üçün kifayət edəcəyinə şübhə ilə yanaşan şərhlər olub.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->