Ölkə 15:40 15.12.2022

Baş prokuror Günay Səlimzadəyə bu vəzifəni verdi

Baş Prokurorluq Günay Səlimzadənin Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə təyinat aldığını açıqladı.

Lent.az Günay Səlimzadənin hansı vəzifəyə təyin edildiyini öyrənib. 

Məlumata görə, baş prokuror Kamran Əliyevin imzaladığı digər əmrlə G. Səlimzadə Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Təşkilati və informasiya təminatı idarəsinin prokuroru vəzifəsinə təyin edilib.