Ölkə 16:48 14.02.2023

Baş prokurordan yeni təyinatlar

Bakı şəhər prokuroruna müavin təyin edilib.

Qaynarinfo xəbər verir ki, bu barədə Baş Prokuror Kamran Əliyev əmr imzalayıb.

Əmrə əsasən, qeyd olunan vəzifəyə ədliyyə müşaviri Nağıyev Fərid Bəkir oğlu təyin edilib.

Fərid Nağıyev bundan əvvəl Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq İdarəsinin rəisi olub.

Bundan əvvəlki müavin Mürvət Həsənəv bir neçə gün əvvəl Sumqayıt Şəhər Prokuroru təyin edilib.

Kamran Əliyevin başqa digər əmrləri ilə Mehman Hümmətov Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq idarəsinin rəisi vəzifəsinə, Nazim Rəşidov isə Baş Prokurorluğun İstintaq idarəsinin rəis müavini vəzifəsinə təyin edilib.

Məlumatı Baş Prokurorluğun Mətbuat Xidmətindən təsdiq ediblər.