Ölkə 12:40 14.06.2022

Baş Prokurorluq Şəkidə regional konfrans keçirəcək

Baş Prokurorluq tərəfindən Mingəçevir şəhər, Ağdaş, Balakən, Oğuz, Qəbələ, Qax, Şəki, Yevlax və Zaqatala rayon və hərbi prokurorluqlarının media ilə işləməyə məsul əməkdaşlarının iştirakı ilə iyunun 17-də konfrans təşkil ediləcək. 

Qaynarinfo-nun məlumatına görə, "Hüquqi dövlət quruculuğu və müstəqil Azərbaycan mediasının inkişafında Heydər Əliyev irsi” adlı işgüzar konfransda digər dövlət və media qurumları, qeyri-hökumət təşkilatları, təhsil müəssisələrinin nümayəndələri iştirak edəcək.

Məlumatda qeyd edilir ki, Şəki şəhərində yerləşən mötəbər məkanların birində təşkil olunacaq konfransda Baş Prokurorluğun idarə rəislərindən birinin iştirakı da gözlənilir.

Baş Prokurorluğun Mətbuat Xidməti məlumatlı təsdiq edib. 

Xatırladaq ki, bundan əvvəl Baş Prokurorluq tərəfindən regional konfranslar Gəncə, Lənkəran və Gədəbəy şəhərlərində təşkil edilib.

Seyid