İdman 21:45 28.04.2023

Basketbolçular dalaşdı, oyun yarımçıq bitirildi

Basketbol üzrə Avroliqanın 1/4 final mərhələsinin ikinci matçında üz-üzə gələn "Real" (İspaniya) və "Partizan"ın (Serbiya) oyunçuları arasında dava düşüb. 

Qaynarinfo-nun məlumatına görə İspaniyada baş tutmuş ilk matçda məğlub olan "Real"ın oyunçuları oyun zamanı əsəblərinə hakim ola bilməyib. 

Qalmaqal "Real"ın üzvü Seriqo Llullun "Partizan"dakı həmkarı Kevin Punterə qarşı sərt faulundan sonra baş verib. Punter rəqibinə reaksiya verən zaman "Real"ın digər basketbolçusu Qabriel Dek aranı sakitləşdirmək istəyən Dante Eksumu vurub. Eksum daha sonra Madrid klubunun digər oyunçusu Qerşon Yabusele tərəfindən də fiziki hücuma məruz qalıb. Yabuselo rəqibini güləş fəndi ilə yerə sərib. Hər iki komandanın ehtiyat oyunçularının da müdaxiləsindən sonra dava bir qədər də böyüyüb. Yabuselenin sevgilisi tərəfindən soyunub-geyinmə otağına aparılmasının və ətrafdakıların müdaxiləsinin ardından komandaları sakitləşdirmək mümkün olub. Buna baxmayaraq hakimlərin qərarı ilə matç 1 dəqiqə 40 saniyə erkən bitirilib.

Görüşdə Serbiya təmsilçisi 95:80 hesabı ilə qələbə qazanıb. Ümumi hesabda rəqibini 2:0 məğlub edən "Partizan" mayın 2-də keçiriləcək seriyanın üçüncü oyununda qalib gəlsə, Avroliqanın "Dördlər Finalı"na yüksələcək.
 



Səbuhi Həsənov