Dünya 23:50 18.10.2022

Bayden ABŞ-ın yeni bioloji müdafiə strategiyasını açıqladı

ABŞ Prezidenti Co Bayden gələcək epidemiyalara və bioloji təhlükələrə qarşı milli biomüdafiə strategiyasını açıqlayıb.

Qaynarinfo xarici mətbuata istinadən xəbər verir ki, Bayden yeni bir epidemiya halında 12 saat ərzində diaqnostika dəstləri və 100 gün ərzində peyvənd hazırlamağı hədəfləyən yeni bioloji müdafiə strategiyasını təqdim edib.

Strategiya 20 federal qurumun, epidemiyaların və bioloji təhlükələrin erkən müəyyən edilməsini, bu epidemiyaların endemik və bioloji hallara çevrilməsinin qarşısının alınmasını və epidemiyaların təsirlərinin yumşaldılmasını əhatə edir.

Strategiya həmçinin ani epidemiyalar və ya bioloji təhlükələr zamanı cəmiyyətin, iqtisadiyyatın və ətraf mühitin qorunması məsələlərinə də toxunur.