Dünya 13:41 23.05.2022

Bayden: Çin Tayvanı işğala etmək istəsə, hərbi yolla cavab verəcəyik

ABŞ Prezidenti Co Bayden bazar ertəsi Tokioda bəyan edib ki, Çin Tayvanı hərbi mudaxilə ilə işğal etmək istəsə, ABŞ hərbi yolla cavab verəcək.

Qaynarinfo bu barədə CNN-nə istinadən xəbər verir.  

O əlavə edib ki, "bu öhdəliyi biz öz üzərimizə götürmüşük".

Bayden Yaponiyanın Baş naziri Fumio Kisidayla birgə mətbuat konfransında deyib:

"Bu, bizim üzərimizə götürdüyümüz öhdəlikdir - baxın, vəziyyət belədir. Biz Tayvanla bu sazişi və onun əsasında bağlanan bütün sazişləri imzaladıq.

O, əlavə edib, ki Çinin Tayvanı zor tətbiq edərək alması ilə bağlı iddialar yersizdir.

Çin Tayvanın özünə məxsus olduğunu iddia edir və dəfələrlə xəbərdarlıq edib ki ərazi bütövlüyünü müdafiə etmə üçün, hətta savaş açmağa da hazırdır.

M.Arif