Dünya 10:33 13.02.2023

Bayden əmr verdi, Huron gölü üzərində uçan obyekt vuruldu

ABŞ ordusu Kanada ilə sərhəddə yerləşən Huron gölü üzərində daha bir uçan obyekti vurub. 

Qaynarinfo RBC-ya istinadla xəbər verir ki, bu barədə konqresmen Cek Berqman sosial şəbəkədə məlumat verib.

"ABŞ ordusu Huron gölü üzərində daha bir "obyekt”i məhv edib. Qırıcı pilotların qətiyyətli hərəkətlərini təqdir edirəm”, - o yazıb.

Konqresmen əlavə edib ki, Amerika ictimaiyyəti "daha çox cavab verməyə” layiqdir.

Bir neçə saat əvvəl ABC telekanalı Viskonsin ştatında Miçiqan gölü üzərində hava məkanının bir hissəsinin "Pentaqonun fəaliyyəti üçün” bağlanması barədə məlumat vermişdi. Daha sonra Reuters Kanadanın Ontario bölgələrindən birində hava məkanının bağlanması barədə məlumat yayıb.

Huron gölü Miçiqan gölünə boğazla bağlanan "Şimali Amerika Böyük Gölləri"ndən biridir. Göllər ABŞ və Kanadanın sərhədində yerləşir. Ən yaxın böyük şəhərlər Detroit (ABŞ) və Ottavadır (Kanada).

Daha sonra Reuters agentliyi ABŞ prezident administrasiyasının nümayəndəsinə istinadən xəbər verib ki, obyektin vurulması əmrini ABŞ prezidenti Co Bayden verib.
 
Alpər