Dünya 22:41 21.09.2022

Bayden Rusiyanı BMT Nizamnaməsini pozmaqda ittiham etdi

"Rusiyanın hərəkətləri BMT Nizamnaməsinin ciddi şəkildə pozulmasıdır”.

Qaynarinfo CNN-ə istinadən xəbər verir ki, bunu ABŞ Prezidenti Cozef Bayden BMT Baş Assambleyasında çıxışı zamanı deyib.

"Prezident Putin (Rusiya Prezidenti Vladimir Putin-red) Avropaya qarşı açıq nüvə təhdidləri edib və nüvə silahının yayılmaması rejiminin öhdəliklərinə məhəl qoymadığını göstərib”, - o bildirib.