Dünya 19:20 30.06.2022

Bayden: "Türkiyəyə F-16 qırıcıları satmalıyıq"

"Biz Türkiyəyə F-16 qırıcıları satmalı və modernləşdirməliyik".

Qaynarinfo TRT-yə istinadən xəbər verir ki, bu sözləri ABŞ prezidenti Co Bayden İspaniyanın paytaxtı Madriddə keçirilən NATO sammitindən sonra keçirilən mətbuat konfransında deyib.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana F-16 qırıcıları satacağına söz verib-vermədiyi ilə bağlı suala Bayden belə cavab verib: 

"Ona (Ərdoğana) dediyim dekabrdakı sözlərimlə eynidir. Biz F-16 qırıcılarını Türkiyəyə satmalı və eyni zamanda onları modernləşdirməliyik. Bunun əksi bizim marağımıza uyğun deyil. 

Mən ona dedim ki, dekabrdan bəri yanaşmamı dəyişməmişəm. Bunun üçün biz Konqresdən icazə almalıyıq və düşünürəm ki, biz bunu edə bilərik".

M.Arif