Dünya 15:15 01.02.2023

Bayden Zelenski ilə Polşada görüşə bilər: 10 bəndlik sülh planı, Xüsusi Tribunal... - Media

ABŞ prezidenti Co Bayden Polşada Ukrayna prezidenti Vladimir Zelenski ilə görüşə bilər. İndi bütün tərəflər danışıqların bu formatını nəzərdən keçirir.

Qaynarinfo xəbər verir ki, Polşanın "Dziennik Gazeta Prawna” qəzetinin Kiyevdəki diplomatik mənbəyə istinadən verdiyi məlumata görə, Ukrayna tərəfi artıq təklif olunan danışıqlar proqramını hazırlayır.

Nəşrin məlumatına görə, Zelenski Baydenə 10 bəndlik sülh planını, o cümlədən rus işğalçıları tərəfindən törədilən müharibə cinayətlərini araşdırmaq üçün Xüsusi Tribunalın yaradılmasını təqdim etməyi planlaşdırır. Paralel olaraq Ukrayna üçün silahlar, xüsusən də ABŞ-ın icazəsi ilə Polşadan mümkün təyyarələrin ötürülməsi ilə bağlı danışıqlar aparılacaq.

Hələlik nə Amerika, nə də Ukrayna tərəfləri bu danışıqları rəsmən təsdiqləyib. Lakin Ağ Ev bu ərəfədə Baydenin Ukraynaya səfərinin hələ planlaşdırılmadığını bildirib.

Qeyd edək ki, dünən Ağ Evin mətbuat katibi Oliviya Dalton deyib ki, ABŞ yəqin ki, tezliklə Ukraynaya yeni yardım paketini elan edəcək. Vurğulanır ki, döyüş qırıcıları və uzaqmənzilli raketlər istisna olmaqla, demək olar ki, müharibədə zəruri olan bütün silah növlərinin ötürülməsi məsələsini blokdan çıxarmaq mümkün olub.

İndi Ukrayna tərəfi 300 kilometrə qədər məsafədə hədəfləri vura bilən döyüş təyyarələri və raketlərin verilməsinə dair yasaqların aradan qaldırlıması üçün danışıqlar aparır.

Eyni zamanda, ABŞ-dan Ukraynaya yeni hərbi yardım paketinə ilk dəfə olaraq daha uzun mənzilli raketlər də daxil edilə bilər. Onun sözlərinə görə, söhbət uçuş məsafəsi 150 km olan yerüstü kiçik diametrli bombanın (GLSDB) alınmasından gedir.

Alpər