İdman 14:25 19.05.2023

Bayılda azarkeşlər VAR sisteminin naqillərini yandırıb

AFFA-nın İntizam Komitəsinin növbəti iclası keçirilib. 

Qaynarinfo-nun məlumatına görə iclasda Azərbaycan Premyer Lqiasının 34-cü turu çərçivəsində baş tutan oyunlarla bağlı aşağıdakı qərarlar qəbul edilib:

"Qəbələ” – "Turan Tovuz” oyununda "Qəbələ” klubunun futbolçusu Urfan Abbasov ikinci sarı vərəqədən qırmızı vərəqə aldığına görə 1 oyun cəzalanır, klub 200 manat cərimə edilir (maddə 47.1);

"Səbail” – "Qarabağ” oyununda ictimai təhlükəsizlik düzgün təşkil edilmədiyinə görə "Səbail” klubu 4000 manat cərimə edilir (maddə 49.1);

"Səbail” – "Qarabağ” oyunu bitdikdən sonra kənar şəxslər meydançaya daxil olduğuna görə "Qarabağ” klubu 1600 manat cərimə edilir (maddə 49.2);

"Səbail” – "Qarabağ” oyunu bitdikdən sonra "Qarabağ” klubunun azarkeşləri pirotexniki vasitlərdən istifadə etdiyinə görə "Qarabağ” klubu 800 manat cərimə edilir (maddə 51.2);

"Səbail” – "Qarabağ” oyunu bitdikdən sonra VAR sisteminin naqillərinin pirotexniki vasitənin yanması nəticəsində zədələnməsinə görə dəymiş zərər "Qarabağ” klubu tərəfindən qarşılansın (maddə 65.2);

"Sumqayıt” – "Sabah” oyununda "Sumqayıt” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığına görə "Sumqayıt” klubu 800 manat cərimə edilir (maddə 39);

Səbuhi Həsənov