Ölkə 15:30 26.01.2023

BDU-dan Röya Ayxanla bağlı maraqlı açıqlama

Bakı Dövlət Universiteti Röya Ayxanın qeyri-qanuni şəkildə ali təhsil ocağına qəbul olunması ilə bağlı yayılan məsələyə münasibət bildirib.

Qaynarinfo oxu.az-a istinadla xəbər verir ki, BDU-nun rəsmi cavabında universitetin məzunları arasında Röyalə Nəcəfova adlı məzunun olmadığı vurğulanıb.

Universitetdən qeyd edilib ki, R.Nəcəfova BDU-ya əlavə təhsil üzrə qəbul olunub, lakin sonradan təhsil müəssisəsindən xaric edilib.