BDU-nun bir binasında 25 milyonluq təmir işləri aparılacaq (TENDER)
Bakı Dövlət Universiteti 1 nömrəli tədris binasında genişmiqyaslı əsaslı təmir işləri planlaşdırır.
Qaynarinfo Valyuta.az-a istinadən xəbər verir ki, təmir ediləcək bina Yasamal rayonu, Akademik Zahid Xəlilov küçəsi 33 ünvanında yerləşir və 10 mərtəbəli, zirzəmili konstruksiyaya malikdir.
Layihənin həyata keçirilməsi üçün 25 milyon 69 min 900,04 manat məbləğində vəsait nəzərdə tutulub. Təmirin əsas məqsədi binanın müasir standartlara uyğunlaşdırılması və tədris şəraitinin yaxşılaşdırılmasıdır.
DİQQƏT! Qaynarinfo.az-ın açıq materiallarının olduğu kimi surətini çıxarmaq, digər saytlara yerləşdirmək, yaymaq qadağandır. Qanunvericiliyə əsasən açıq materialların yalnız 1/3 hissəsindən istifadə etmək olar. Əks halda məsələ məhkəmə predmeti ola bilər!
Şərhlər