Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) dövlət investisiya fondu Türkiyənin steril inyeksiya məhsulları istehsalçısı olan "Birgi Mefar Group” dərman şirkətinin alınması ilə bağlı yekun sazişi imzalayıb.
Qaynarinfo bu barədə Cumhuriyet-ə istinadla xəbər
verir.
Qeyd edilir ki Birgi Mefar şirkəti Avropa və Asiya bazarları da daxil olmaqla 30-dan çox ölkəyə dərman ixrac edir.
Anlaşmanın maliyyə detalları açıqlanmayıb.
Vurğulanır ki, Əbu-Dabinin vəliəhd şahzadəsi Şeyx Məhəmməd bin Zayed Əl Nəhyan 2021-ci ilin noyabrında Ankarada prezidenti Ərdoğanı ziyarət edib. O, iki ölkə arasında ticarət, enerji və ətraf mühit sahələrində əməkdaşlığı inkişaf etdirəcək anlaşma memorandumları, eləcə də bu sahəni əhatə edən sazişlər imzalayıb.
M.Arif
Şərhlər