Dünya 12:53 30.04.2023

Belarus müharibəyə hazırdır: "1,5 milyon insan ölkəni müdafiə edəcək"

Belarus Təhlükəsizlik Şurasının katibi Aleksandr Volfoviç bildirib ki, hazırda hüquq-mühafizə orqanlarının şəxsi heyətinin sayı 1,5 milyon nəfər təşkil edir.

Qaynarinfo Reform.by saytına istinadən xəbər verir ki, bu sıraya prezident Aleksandr Lukaşenkonun göstərişi ilə yaradılan xalq milisləri də daxildir.

"Sülhün və təhlükəsizliyin təmin edilməsi üçün, ilk növbədə, milli təhlükəsizlik sisteminin bütün qüvvə və vasitələrinin, başqa sözlə, dövlətin hərbi təşkilatının bütün strukturlarının döyüş hazırlığını saxlamaq lazımdır. Bu gün biz bütün bu strukturları sülh dövründə saxlayırıq. Bütün kompleks: hərbçilər, polislər, Dövlət Təhlükəsizlik Komitəsi, sərhədçilər, ərazi müdafiəsi və xalq milisləri - ümumiyyətlə, əllərində silahla lazım gələrsə, ölkəsini müdafiə edəcək 1,5 milyona yaxın insanımız olacaq", deyə Aleksandr Volfoviç bildirib.

O bildirib ki, bir neçə həftə ərzində briqadanın sülh dövründən müharibə dövrünə keçirilməsi üçün kompleks tədbirlər həyata keçirilir:

"Hərbi xidmətə çağırış, texnikanın anbardan çıxarılması, briqadanın şəxsi heyətinin ilkin ərazilərə daşınması məsələləri işlənib, o cümlədən, bütün bölmələrin şəxsi heyəti müxtəlif poliqonlara və relyeflərə çıxarılıb. Bütün material ehtiyatları qaldırıldı, konsentrasiya sahələrinə köçürüldü. Bundan əlavə, döyüş koordinasiyası fəaliyyətlərinin tam dövrü həyata keçirildi - tək təlimdən briqadaların koordinasiyasına qədər. Cəmi bir neçə gün əvvəl Qərb Əməliyyat Komandanlığının rəhbərliyi briqadanın tapşırıqları yerinə yetirməyə hazırlığına baxış keçirib. Komandirin çıxardığı nəticələrə görə, briqada tapşırıqları yerinə yetirməyə hazırdır”.

Aydın