Dünya 19:33 14.05.2023

Belarus qərb sərhədlərində raket sistemləri və MLRS yerləşdirir

Taktiki raket sistemləri və MLRS Belarusun qərb sərhədləri yaxınlığında yerləşir.

Qaynarinfo xəbər berir ki, bu barədə Belarusun Müdafiə Nazirliyi məlumat yayıb.

May ayı ərzində Belarus Silahlı Qüvvələri döyüş hazırlığını yoxlamaqda davam edir. Göstərilən ərazilərində mexanikləşdirilmiş birləşmələrin, xüsusi əməliyyat qüvvələrinin, raket qoşunlarının və artilleriyadan ibarət bir sıra bölmələr fəaliyyət göstərir.

"Qərb sərhədləri yaxınlığında taktiki raket sistemləri və çoxsaylı buraxılış raket sistemləri var. Ordu açıq şəkildə nümayiş etdirir ki, bizim "Polonez" və "Toçka"lar Belarusa qarşı istənilən təcavüz cəhdinə dərhal cavab verəcək", deyə Belarus Müdafiə Nazirliyinin "Telegram" kanalında yerləşdirilən videoda deyilir.

Daha əvvəl Belarus Müdafiə Nazirliyi məlumat vermişdi ki, may ayında böhranlı vəziyyətlərə cavab vermək üçün cəlb edilmiş hərbi hissə və bölmələrin döyüş hazırlığının hərtərəfli yoxlanılmasının növbəti mərhələsi keçiriləcək. İlk növbədə, Qrodno, Brest və Minsk vilayətlərində dislokasiya olunmuş hərbi hissə və bölmələr yoxlanılacaq.

Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qoşunlarının bölmələri ilə yanaşı, silahlı qüvvələrin xüsusi əməliyyat qüvvələri, operativ komandanlıqlar, raket və artilleriya qoşunları, dəstək bölmələri də cəlb olunacaq. Ümumi sayı min nəfərdən çox olmayan hərbi xidmətə cəlb olunan şəxslərin hərbi xidmətə çağırılmasının həyata keçirilməsi nəzərdə tutulur.

Aydın