Dünya 14:06 25.10.2023

Bəşəriyyətin taleyi Çin və ABŞ arasında qarşılıqlı anlaşmadan asılıdır - Si Szinpin

Çin prezidenti Si Szinpin bildirib ki, bəşəriyyətin gələcəyi və taleyi Çin və ABŞ-ın qarşılıqlı əlaqədə "düzgün yol” tapıb-tapmayacağından asılıdır.

Qaynarinfo xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyi məlumat yayıb.

Si Szinpin ABŞ-Çin münasibətləri üzrə milli komitənin illik mükafatlandırma mərasiminə təbrik məktubu göndərib.

O, Çinin qarşılıqlı hörmət, dinc birgəyaşayış və qarşılıqlı faydalı əməkdaşlıq kimi üç prinsipə sadiq qalmağa hazır olduğunu bildirib.

Si Szinpin vurğulayıb ki, Çin də Birləşmiş Ştatlarla qarşılıqlı faydalı əməkdaşlığı təşviq etməyə, fikir ayrılıqlarını düzgün idarə etməyə və qlobal çağırışlara cavab vermək, həm hər iki ölkəyə, həm də dünyaya fayda verəcək qarşılıqlı uğur və ortaq rifaha nail olmaq üçün birlikdə işləməyə hazırdır. 

"The Washington Post”un məlumatına görə, Ağ Ev ABŞ prezidenti Co Baydenlə Çin lideri Si Szinpin arasında noyabrda keçirilməsi nəzərdə tutulan görüşü planlaşdırmağa başlayıb.

Nizami Bağırov