Dünya 15:03 01.04.2023

“Bəsic” üzvünün qadınlara hücumu İranı qarşıdrdı (VİDEO)

İranda yeni qalmaqal yaşanır. 

Qaynarinfo xəbər verir ki, qalmaqala səbəb "Bəsic” üzvünün mağazada hicab tapmayan iki qadına hücum etməsidir. Bu hadisənin görüntüləri sosial şəbəkələrdə yayılması ölkədə bomba effekti verib. 

Hazırda sosial şəbəkələrin İran seqmentində əsas müzakirə mövzusu bu hadisə ilə bağlıdır. 

İranlı fəallar yazır ki, "Bəsic” üzvlərinin küçədə, mağazada məcburi hicab qanununa əməl etməyən qadınlara hücum etməsi artıq son həddir.
İran əhalisinin qəzəbinə səbəb olan bu hadisənin etiraz dalğasını daha da gücləndirəcəyi bildirilir. 

İranlı fəallar eyni zamanda bu hadisədən sonra Məhsa Əminin polis bölməsində ölümünə etiraz olaraq keçirilən aksiyalarda həbs edilənlərə diqqət çəkib. Onlar yazıb ki, əgər hökumət qüvvələri insanların gözü qarşısında hicab taxmayanlara hücum edirsə, o zaman həbsxanalardakı etirazçıların vəziyyətini təxmin etmək çətin deyil. "Əgər bunlar camaatın qarşısında belə edirsə, görün həbsxanalarda olanların başına hansı oyun gətirilər”, deyə fəallar yazır.

Bu arada İranın güc strukturları məcburi hicab qanuna əməl etməyənlərə qarşı mübarizənin yeni raundunun başlandığını elan ediblər. Güman ki, yeni mərhələ təkcə cərimələr, həbslərlə deyil, həm də aşkar hücumlarla müşayiət olunacaq. Ekspetlərin fikrincə, bu addım onsuz da qaynayan İranda vəziyyəti daha da gərginləşdirə bilər.

Seyid