Video 17:06 14.05.2023

Binəqədi qaz sayğacına qanunsuz müdaxilə halları aşkarlanıb (VİDEO)

Paytaxtın Binəqədi rayonu, Cəfər Xəndan və Ənvər Əlixanov küçələrində yerləşən iki fərdi yaşayış evində qaz sayğacının daxilinə edilən qanunsuz müdaxilə nəticəsində istehlak edilən qazın sərfiyyatı qeydə alınmayıb. 

Qaynarinfo bu barədə "Azəriqaz" İB-nə istinadən xəbər verir.

Kənar müdaxiləyə məruz qalan hər iki fərdi yaşayış evinin sayğacları laboratoriyada yoxlanılması üçün Birliyin Metrologiya Departamentinə gətirilib. Abonentlərin razılığı ilə əvvəlcə vizual sonra kamera vasitəsi ilə sayğacın daxilinə baxış keçirilərək qanunsuz müdaxilə halı öz təsdiqini tapıb.