Ekonomiks 18:40 09.02.2024

"BİO-DAD" Vergi Xidmətini məhkəməyə verdi - 38 min borcu da var

Katerinq xidməti göstərən "BİO-DAD" Məhdud Məsuliyyətli Cəmiyyəti Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsini məhkəməyə verib. 

Qaynarinfo-nun məlumatına görə, şirkətin məhkəməyə müraciət etməsinin səbəbi vergi məsələləri ilə bağlı mübahisədir. 

Qeyd edək ki, "BİO-DAD" MMC-nin hazırda İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə 38.761,63 manat vergi borcu var. 

Nizamnamə kapitalı 20 manat olan MMC-nin qanuni təmsilçisi Xəyyam Əliyev Gürşad oğludur. 

Əhməd