Dünya 14:53 27.05.2023

Bir səhv milyonluq kosmik gəminin sonu oldu - Ayda nə baş verib?

Yaponiyada hazırlanmış "Hakuto-R” özəl kosmik gəmisi Aya eniş zamanı qəzaya uğrayıb. 

Qaynarinfo Space.com-a istinadən xəbər verir ki, qəzaya səbəb Ay kraterinin kənarındakı oriyentasiyada bort kompüterinin səhvinə olub.

Qəza aprelin 25-də baş verib. Bir ay sonra cihazı hazırlayan "Ispace” şirkətinin nümayəndələri brifinqdə hər şeyin necə baş verdiyini danışıblar.

Onların sözlərinə görə, eniş modulunun bort kompüteri hündürlük datçiklərinin faktiki göstəricilərinə məhəl qoymayaraq, onları səhv hesablayaraq, hesablamalara və eniş nöqtəsində gözlənilən hündürlüyə əsaslanaraq, yerə enməyə cəhd edib. Nəticədə cihaz Ayın səthi ilə bort kompüterinin güman etdiyindən bir qədər tez "qarşılaşıb".

Qurğunun yaradıcıları etiraf ediblər ki, eniş zonasında ərazinin relyefini kifayət qədər nəzərə almayıblar və bu, qəzanın dolayı səbəbinə çevrilib. Topoqrafiya ilə bağlı səhv isə eniş yerinin missiyanın başlamasına cəmi bir neçə ay qalmış dəyişdirilməsi və kifayət qədər dəqiq öyrənilməməsi ilə əlaqədardır.

2022-ci ilin dekabrında "SpaceX" "Falcon 9" raketi ilə buraxılan eniş aparatının aprelin 26-da "Mare Frigoris" ərazisindəki 87 km enində Atlas kraterinin dibinə enməsi nəzərdə tutulurdu. Müvəffəqiyyətli olsaydı, "Hakuto-R" Aya enən ilk şəxsi kosmik gəmi olacaqdı. İndiyədək yalnız ABŞ, Çin və Rusiyanın dövlət kosmik agentlikləri bu cür missiyalarda uğur qazanıb.

"Ispace" əmin edib ki, mövcud uğursuzluq onları müvafiq olaraq 2024 və 2025-ci illər üçün planlaşdırılan ikinci və üçüncü missiyaları həyata keçirməyə mane olmayacaq.

"Biz indi eniş zamanı problemi müəyyən edə bildik və gələcək missiyalarımızı necə təkmilləşdirəcəyimiz barədə çox aydın təsəvvürümüz var", deyə şirkət rəhbəri Takeşi Hakamada bildirib.

Aydın