Xəbər lenti

Dünya 11:57 16.05.2023

Bir sıra Mərkəzi Asiya ölkələri Rusiyaya qarşı sanksiyalara qoşula bilər - XİN

Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin bildirib ki, bir sıra Mərkəzi Asiya ölkələri Qərbin Rusiyaya qarşı sanksiyalarına qoşula biləcəklərini açıq şəkildə bəyan edirlər. O, söhbətin hansı ölkələrdən getdiyini dəqiqləşdirməyib.
 
Qaynarinfo xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

"Birtərəfli iqtisadi məhdudiyyətlərin qəbuledilməzliyi və qeyri-legitimliyi ilə bağlı mövqelərin üst-üstə düşməsinə baxmayaraq, bir sıra Mərkəzi Asiya ölkələri müvafiq riskləri öz üzərlərinə götürmək istəmir, Qərbin məhdudlaşdırıcı tədbirlərinə əməl etməyə hazır olduqlarını açıq şəkildə bildirirlər”, - deyə nazir müavini Valday Klubunun Mərkəzi Asiya konfransında deyib. 

Qaluzin iddia edir ki, Rusiya "qarşılıqlı öhdəliklərə, o cümlədən KTMT, Aİİ və MDB üzrə öhdəliklərə zidd olmadıqda” hansı kursu seçməyi heç kimə diktə etmir. "Rusiya ilə əlaqələrin süni şəkildə pozulması bədnam ikinci dərəcəli sanksiyaların xərclərindən daha ağır zərərlə nəticələnə bilər”, o əminliyini ifadə edib. 

Xatırladaq ki, may ayında Bloomberg xəbər vermişdi ki, Avropa İttifaqı Rusiyaya sanksiyalardan yayınmağa kömək edən ölkələrə qarşı tədbirləri müzakirə edir. Agentlik, xüsusilə, Qazaxıstandan Rusiya Federasiyasına idxalın artımını qeyd edib. Vaşinqton Astanaya Moskvaya yardımla bağlı sanksiyaların riskləri barədə xəbərdarlıq edib. Qazaxıstan Milli Bankının sədr müavini Akıljan Baymaqambetov Rusiyaya qarşı sanksiyalarla bağlı problemlərdən danışıb. Onun sözlərinə görə, məhdudiyyətlər "müəyyən dərəcədə müəyyən sahələrdə iqtisadi fəallığa mənfi təsir göstərir”. 

Aprelin 1-dən Qazaxıstanda Rusiya Federasiyasına idxal olunan malların monitorinqi sistemi işə salınıb.

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->