İdman 09:00 11.05.2022

Biri pula təslim oldu, digəri... - Parlaya bilməyən ulduzlar

Dünyaca məşhur idman növü olan futbolda parlamaq heç də asan deyil. Futbolda bəzi futbolçular diqqəti cəlb edərkən, digərləri sadəcə olaraq kölgəyə çəkilirlər. Bəzən zədələr və ya psixoloji problemlər də oyunçunun karyerasına pis təsir edir, bəzən isə çox məbləğdə pula təslim olurlar. Medianın, azarkeşlərin müəyyən futbolçuların qabiliyyətlərini və ya potensialını həddən artıq qiymətləndirməsi hallarına da rast gəlirik. Hansı ki, bu zamanla aşkar olur.

Haqqında çox danışılmasına baxmayaraq gözlənilən səviyyədə uğur qazana bilməyən aşağıda qeyd edilən siyahıdakı adlara baxanda belə futbolçuların əsasən braziliyalı və ya ingilis olduğu diqqət çəkir.

Qaynarinfo böyük perspektiv vəd etdiyi halda parlaya bilməyən bəzi futbolçuların adlarını diqqətinizə çatdırır.

Robinyo
 


Robinyonun möhtəşəm driblinqi yeniyetmə yaşlarında, hələ "Santos"da oynayan zaman üzə çıxmışdı. Hətta o, "yeni Pele” adlandırılırdı. Ancaq zəif münasibət və ardıcıllığın olmaması o demək idi ki, Robinyo, Avropa futbolunun çətinliklərinin öhdəsindən gələ bilməyəcək. "Real"dakı parlaq anlarına baxmayaraq, braziliyalı özünü məşqçilərin və ya azarkeşlərin sevimlisi kimi göstərmədi. O, "Mançester Siti"də də oxşar problemlərlə qarşılaşdı və 2010-cu ildə vətənə qayıtmaq istədi. Cənubi amerikalı mütəxəssis Tim Vikeri "World Soccer"ə açıqlamasında Robinyonun "Milan"a və ya Avropa futboluna qayıdacağı təqdirdə belə heç vaxt böyük braziliyalı oyunçulardan biri kimi qəbul edilməyəcəyini bildirmişdi. 

Qanzo
 


Qanzo "Santos"da möhtəşəm debüt etmişdi. 2009-cu ildə hücumameyilli yarımmüdafiəçi liqada 8 qol vurmuşdu. 2010-cu ildə Braziliya yığmasına çağırılana qədər klubunda irəliləyişini davam etdirir. "Sao-Paulo"ya transferi isə Qanzoya Libertadores kuboku da daxil olmaqla, ilk kuboklarını qazanmağa imkan verir. 27 yaşında "Sevilya"ya keçən Qanzo "Amyens"ə icarəyə verilməzdən əvvəl iki mövsüm ərzində cəmi 10 dəfə La Liqa matçında meydana çıxır. Fransa çempionatında isə "artıra" bilmir. Nəhayət o, 2019-cu ildə vətənə qayıtmaq qərarına gəlir və "Fluminense" ilə müqavilə bağlayır. 

Marvin Martin
 


O, Zinəddin Zidanla müqayisə edilən futbolçulardandır. "Soşo"da ilk vaxtlarında demək olar heç bir iş görmən futbolçu 2010/2011 mövsümündə 17 məhsuldar ötürmə ilə özünü yarışın ən yaxşı ötürmə edən oyunçularından biri kimi göstərdi və Fransa millisinə dəvət aldı. Fransa yığmasındakı ilk oyununda Ukrayna üzərində böyükhesablı qələbə (4-1) zamanı iki qolla yadda qalsa da sonradan yığmaya dəvət almadı. "Lill"ə transfer edildikdən sonra o, karyerasında eniş yaşamağa başladı. Hazırda isə Fransa klubu "Hires"də oynayır. 

İbrahim Afellay
 


Afellay PSV-dəki ilk oyununda 17 yaşında əsas oyunçu kimi özünü təsdiqlədi. Kiçik zədələrini sağaldaraq həmişə start heyətində yer tapmağı bacaran Afellay 2015-ci ildə 3 milyon avroya "Barselona"ya transfer olunur. Bununla belə, o, heç vaxt Kataloniya klubunda özünə yer tapa bilmədi. Açığı, bədəni ona kömək etmədi. "Barsa" üçün cəmi 36 oyun keçirən futbolçu beş ildən sonra satılır. Millidə 53 oyun keçirmiş niderlandlı yarımmüdafiəçi karyerasını elə PSV-də başa vurub. 

Cek Rodvell
 


"Everton"da oynadığı zaman çox böyük ümid bəslənilən ingilis yarımmüdafiəçi 2012-ci ildə "Mançester Siti”yə transfer olunur və iki mövsümdə cəmi 16 oyun keçirir. 2014-cü ildə "Mançester Siti" ilə Liqa kubokunu qazansa da o, "Everton"da göstərdiyi səviyyəsini heç vaxt bərpa edə bilmir. Rodvell hazırda İngiltərədən çox uzaqda inkişaf edir. 31 yaşlı futbolçu karyerasını Avstraliyada davam etdirmək qərarına gəlib. O, hazırda "Western Sydney Wanderers"in formasını geyinir. 

Mario Balotelli
 
 
Balotelli 15 yaşında olarkən "Lumezzane"nin heyətində A Seriyasında debüt edib. "İnter" isə bu böyük istedadı transfer etmək üçün çox gözləmədi! Getdikcə "İnter"in heyətində güclənən Balotelli, 2010-cu ildə "Mançester Siti"yə keçməzdən əvvəl Çempionlar Liqasının qalibi olub.

Əlbəttə ki, "Super Mario" deyəndə onun futboldakı qalmaqalları yada düşür. Hansı ki, belə addımlar atmaması üçün çox tənqid olunur. Bununla belə, o, 2013-cü ildə 13 oyunda 12 qol vurduğu "Milan”da, daha sonra "Nitsa"da və Avro-2012-də parladığı İtaliya yığmasının heyətində yaxşı vaxt keçirir. 2021-ci ildən etibarən türkiyədə "Adana Demirspor"un formasını geyinir. 

Xese Rodrigez
 


Bu, bəzilərini təəccübləndirə bilər, amma Xese də siyahıdadır! İspaniyalı yarımmüdafiəçi 2013-2016-cı illərdə "Real"ın məhsuldar hücumçusu kimi Madrid klubunun siyahısında yer ala bildi. 2021-ci ildə isə PSJ onunla müqavilə imzalayır. Bununla belə, Rodrigez tez bir zamanda Paris klubunun tarixindəki uğursuz transferlərdən birinə çevrilir. Liqa 1-də cəmi bir qol vuran Xesenin yüksək maaşı isə problem yaradır. İspan tez bir zamanda başqa klublara icarəyə verilir. 2021-ci ildən o, "Las Palmas"ın formasını geyinir. 

Oskar
 


Oskar üçün belə bir karyera seçimini necə proqnozlaşdırmaq olar? Braziliya təmsilçisi "Internasional"da "partlayış"da sonra hücumameyilli yarımmüdafiəçi "Çelsi"yə transfer edilir. Onun İngiltərə klubunun ayrılmaz hissəsinə çevrilməsi çox çəkmədi. O, "Çelsi"nin Avropa Liqasında (2013) və Premyer Liqada (2015) uğur qazanmasında mühüm töhfə verib. Lakin o, 2016-cı ilin dekabrında Çin qarşısında öhdəlik götürmək qərarına gələndə hər kəsi təəccübləndirdi. Söhbət həmin vaxt cəmi 25 yaşı olan idmançıdan gedir. Bu üzdən Oskarı pula təslim olmaqda günahlandırdılar. 
 
Səbuhi Həsənov