Dünya 11:20 09.12.2022

Bişkekdə Avrasiya İqtisadi İttifaqının sammiti işə başladı - Birinci Paşinyan gəldi

Rusiya, Belarus, Qazaxıstan, Qırğızıstan və Ermənistan liderləri cümə günü Avrasiya İqtisadi İttifaqının (Aİİ) sammitində görüşüblər. 

Qaynarinfo xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Dövlət başçıları, o cümlədən Rusiya Prezidenti Vladimir Putin Bişkeklə bitişik Çon-Arık kəndində, Ala-Tao silsiləsinin ətəklərində yerləşən Ala-Arça (Rəngarəng ardıc) dövlət iqamətgahında toplaşıblar.
 

Aİİ sammitinin keçiriləcəyi yerə ilk gələn Nikol Paşinyan olub. Paşinyanı Qırğızıstan prezidenti Sadır Japarov qarşılayıb.


Paşinyanın ardınca Belarus prezidenti Aleksandr Lukaşenko gəlib.


Lukaşenko onunla görüşən Japarova "Gecikmədim? "Mercedes" yaxşı işləmirdi, piyada gəldim" deyib.


Bundan əvvəl Bişkek hava limanında Paşinyanı, eləcə də digər nümayəndə heyətlərinin rəhbərlərini Qırğızıstanın baş naziri Akılbek Japarov qarşılayıb.


Sammit Qırğızıstan Prezidenti Sadır Japarovun görüşə gələn liderlərin qarşılanma mərasimi ilə başlayıb.

Liderlərin ümumi qaz bazarının formalaşdırılması və enerji sektorunda idarələrarası şuranın yaradılması, Aİİ məkanında inteqrasiyanın daha da dərinləşdirilməsi, xidmətlər üçün vahid bazarın inkişafı məsələlərini müzakirə edəcəyi gözlənilir. Sammitdə həmçinin bütöv sənədlər paketinin və İttifaqın 2023-cü il üçün beynəlxalq fəaliyyətinin əsas istiqamətlərinin təsdiqlənməsi planlaşdırılır.

Alpər